Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Möhsün Əraki bugün Qum şəhərində İmam Kazım (ə) mədrəsəsində keçirilən şəhid Seyid Həsən Nəsrullah və şəhid Seyid Haşim Səfiəddinin şəhadətlərinin birinci ildönümü mərasimində çıxış edərək “أنا علی العهد” (“Mən əhdimə sadiqəm!”) şüarının İslam dünyasının dərin dünyagörüşünə əsaslanan strateji bir prinsipi olduğunu bildirmişdir.
Elmi Hövzələrin Ali Şurasının üzvü çıxışında vurğulamışdır ki, “أنا علی العهد” şüarı İslam dünyasında köklü ideologiyaya malik bir strategiyadır. O qeyd etmişdir ki, bugün həmin şüar Livan və Fələstindən tutmuş Yəmən və İraqa qədər İslami müqavimət hərəkatının əsas prinsipidir.
Ayətullah Əraki əlavə etmişdir ki, bu əhd məhz mücahidlərin səsləndirdiyi xüsusi bir ifadədir və həmin əhd Həzrət Bəqiyyətullahla (ə.f.) bağlıdır. Elə bir sözdür ki, can və mal ilə təmin olunmuşdur. O bildirmişdir ki, şəhid Seyid Həsən Nəsrullahın yolu bugün də davam edir və onun izilə gedən mücahidlər cihad və müqavimət yolunu davam etdirəcəklər.
Ayətullah Əraki: “Hərbi sahədə olduğu kimi mədəni və iqtisadi sahələrdə də qalib gələcəyik”
Qum Elmi Hövzəsinin müəllimlər cəmiyyətinin üzvü öz çıxışında bildirmişdir ki, nəinki hərbi, həm də mədəni və iqtisadi sahələrdə qələbə qazanacağıq; xalqımız İlahi yol və Əhli-beytin (ə) əmrlərinə sadiq qalacaq və qarşıda duran mədəni təzyiqlərə sinə gərəcək.
Qum Elmi Hövzəsinin müəllimlər cəmiyyətinin üzvü çıxışında bildirmişdir ki, bugün biz Həzrət Rəsulullahın (s) yoldaşları kimi belə bəyan edirik: “İlahi yolun və Əhli-beytin (ə) əmr və göstərişlərindən başqa heç bir məqsədimiz yoxdur və öz məqsədlərimiz uğrunda sonuna qədər dayanacağıq.”
Xubriqan Məclisi Rəyasət Heyətinin üzvü əlavə etmişdir ki, millətimiz hərbi, iqtisadi və mədəni müharibə qarşısında müqavimət göstərir və hazırda misli görünməmiş tammiqyaslı mədəni bir müharibə ilə üz-üzəyik. O qeyd etmişdir: “Hərbi müharibədə necə qalib gəldiksə, mədəni və iqtisadi sahələrdə də qalib gələcəyik və gələcək haqq cəbhəsinin olacaq.”
İran İslam Respublikası əvvəlkindən daha qüvvətli duruş gətirir
O, İslam Respublikası və silahlı qüvvələrin gücünə və hazır vəziyyətdə olmasına işarə edərək bildirmişdir: “Bugün müqavimət blokunun böyük zəfərinin əlamətlərini görürük və bugün İslam Respublikası 12 günlük təcavüzkar müharibə dövründən daha güclü və dayanıqlıdır. İslam Respublikası əvvəlkindən daha güclü dayanmışdır.”
Qum Elmi Hövzəsinin ustadı əlavə etmişdir: “Biz gələcəkdə baş verə biləcək hər hansı müharibəyə hazırıq; hərçənd ki, zülmə və müharibəyə meylli deyilik, yenə də islahat və müdafiə üçün hazırıq. Silahlı hərbi qüvvələrimiz tam hazırlıq vəziyyətindədir və İslami İrana hər hansı bir hücum olacağı təqdirdə düşmənlərə sarsıdıcı cavab verəcəklər.”
Dünya imperializminə qarşı qlobal cəbhənin yaradılması zərurəti
Ayətullah Möhsün Əraki ABŞ-ın və saxta sionist rejiminin dünyada geniş yayılmış korrupsiya və zülmünə işarə edərək bildirmişdir: “Bugün dünya Amerika istibdadına qarşı birləşməyə hazırdır. İmperializmə və uşaq qatili İsrail rejiminə qarşı qlobal bir cəbhə təşkil edilməlidir.”
Elmi Hövzələrin Ali Şurasının üzvü demişdir: “İsrailə qarşı dünya miqyasında davam edən yürüşlər və Səmud karvanı bu hazırlığın nümunəsidir. Yalnız İran İslam Respublikası dünya miqyaslı müqavimət bloku formalaşdıra bilər və bütün məzlumların istəyi, ABŞ məhv olana qədər müstəbid hegemon dövlətlərə qarşı qlobal müqavimət hərəkatının formalaşmasıdır.”
Dövlət Məsləhət Şurasının üzvü çıxışını belə yekunlaşdırmışdır: “Biz Həzrət Bəqiyyətullaha (ə.f.) sədaqət və yardım əhdimizə sadiqik və İslam inqilabının düşmənlərinin məhv edilməsinə qədər qüvvətlə durmuşuq. Şəhid Seyid Həsən Nəsrullahın qanı Hizbullah üçün İlahi yardım gətirəcəkdir!
Xəbərin sonu
Rəyiniz